Le Figaro – Avropa İttifaqının Çinin rus hərbçilərinə təlim keçdiyinə dair dəlili var və onlardan bəziləri Ukraynaya qarşı müharibəyə göndərilib
Avropa İttifaqının əlində Çinin rus hərbçilərinə, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) istifadəsində təlim keçdiyinə dair dəlillər var. Bu barədə məlumatı Fransanın “Le Figaro” qəzeti yayır.
Avropa İttifaqının yüksək rütbəli rəsmisinin sözlərinə görə, Çin yüzlərlə əsgərə təlim keçib və onlardan bəziləri sonradan Ukraynaya qarşı müharibədə döyüşürdü.
“Çinin rus əsgərlərinə təlim keçdiyi və onlardan bəzilərinin sonradan birbaşa Ukraynaya qarşı müharibəyə göndərildiyi təsdiqlənib”, – Mənbə qəzetə bildirib.
Yüksək rütbəli rəsmi şəxs həmçinin bildirir ki, rus əsgərlərinin təlimləri Çinin bir neçə yerində həyata keçirilirdi. Onun sözlərinə görə, bu məlumat Çinin əvvəllər Avropa İttifaqına təqdim etdiyi rəsmi məlumatlardan fərqlənir.
Bununla yanaşı, Almaniyanın “Die Welt” qəzetinin məlumatına görə, 2025-ci ilin sonunda bir neçə yüz rus əsgəri Çin Xalq Azadlıq Ordusunun ölkənin altı müxtəlif hərbi obyektində keçirilən təlim proqramlarında iştirak edirdi.
“Bu proqramlar pilotsuz sistemlərin istifadəsini, pilotsuz uçuş aparatlarına (PUA) qarşı elektron müharibəni və qabaqcıl döyüş simulyasiyalarını əhatə edirdi”, -“Die Welt” yazır.