Latviyanın Baş naziri Türkiyə, Qazaxıstan və Ermənistanın Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmaq üçün istifadə olunduğunu açıqlayır
Latviyanın Baş naziri Türkiyə, Qazaxıstan və Ermənistanın Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmaq üçün istifadə olunduğunu açıqlayır. Bu barədə Krişianis Karinş estoniyalı və litvalı həmkarları ilə görüşündə açıqlayıb.
“Xətaları tapmaq vacibdir. Qazaxıstan, Ermənistan, Türkiyə kimi ölkələrə nəzər salsaq, görərik ki, bəzi ticarət dövriyyəsi artmaqdadır və bu artım keçmişlə müqayisədə qeyri-mütənasibdir. Beləliklə, açıq-aydın treyderlər Ermənistan, Qazaxıstan və Türkiyə ilə qanuni ticarət yollarını tapırlar. Daha sonra isə bu məhsullar Rusiyaya göndərilir, çünki bu ölkələr də sanksiyalar rejiminə tabe olmurlar. Bu səbəbdən sanksiyalardan yayınmanın ikinci dərəcəli nəticələrinə diqqət yetirmək lazımdır. Əgər biz bunu Avropa səviyyəsində etsək, bu mümkündür”- deyə Krişianis Karinş açıqlayıb.