Latviyada “Dozhd” teleşirkətini cərimələyiblər və ona qarşı istintaq başlayıb
Latviyada rus “Dozhd” teleşirkəti cərimələnib və şirkət haqqında istintaq başlayıb.
“Latviyanın Elektron Media üzrə Milli Şurası” rus teleşirkətini 10 min avro məbləğində cərimələyib. Şuranın sədri İvars Abolinş teleşirkətin işğal altındakı Krımı Rusiyanın bir hissəsi adlandırdığını və Rusiya ordusunu “bizim ordumuz” adlandırdığını bildirib.
“Dozhd”a qarşı inzibati xəta haqqında iş başladılıb. Latviyanın Dövlət Təhlükəsizliyi Xidmətində bildiriblər ki, rus qoşunlarının Ukraynada törətdiyi cinayətlər fonunda “təcavüzkar Rusiyaya hər cür dəstək qəbuledilməzdir”.
Qurumda dırnaq arası müstəqil rus mediasının fəaliyyətinin ötürülməsi ilə bağlı müxtəlif risklərin olması haqqında dəfələrlə danışdıqlarını qeyd ediblər.
Latviya Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, bu media şirkətlərin və jurnalistlərin uzun müddət işğalçı ölkədə fəaliyyət göstərməsindən irəli gələrək, Latviyada fəaliyyətə başlayan bəzi KİV və ya onların nümayəndələrinin Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri ola biləcəyi istisna edilmir.
Latviyanın müdafiə naziri Artis Pabriks rus “Dozhd” telekanalının lisenziyasının ləğvini tələb edib və “Dozhd”un Rusiyaya qaytarılması prosesinə artıq başlandığını bildirib.
“Dozhd”un baş redaktoru Tixon Dziadko bildirib ki, dekabrın 1-də “Burada və indi” proqramında telekanalın aparıcısı bu cümləni deyib: “Bizə [email protected] -yə bildirişlər göndərin və ya “Telegram”da bizə yazın. Ümid edirik ki, biz çoxlu hərbi qulluqçuya, o cümlədən, məsələn, texnika və cəbhədə sadə ləvazimatlarla kömək edə biləcəyik”.
Dziadko bu ifadənin tamaşaçılarda “Dozhd” telekanalının Rusiya ordusuna kömək etdiyi hissini yaratdığını söyləyib. “Dozhd” rəhbərliyi [email protected] poçt qutusunun rus ordusunun Ukraynadakı cinayətləri və Rusiya Federasiyasında cinayət və mənasız səfərbərlik zamanı pozuntular haqqında şəxsi sübutların toplanması üçün yaradıldığını iddia edir. Teleşirkət sözügedən yazıyı silərək tamaşaçılardan üzr istəyib, jurnalist isə işdən çıxarılıb.
Rus “Dozhd” teleşirkəti mart ayında yayımını müvəqqəti dayandırıb və daha sonra Riqa, Amsterdam, Tbilisi və Parisdə studiyalarının açıldığını elan edib.