Latviya Xarici İşlər Nazirliyi Tbilisidə partlayış nəticəsində həlak olanların ailələrinə başsağlığı verir
Latviya Xarici İşlər Nazirliyi Tbilisidə, Didi Diğomidə yaşayış korpusunda partlayış nəticəsində həlak olanların ailələrinə başsağlığı verir.
“Tbilisidə qazın partlaması nəticəsində həlak olanların ailə və dostlarına başsağlığı veririk. Xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayırıq”, – Latviya Xarici İşlər Nazirliyi tərəfindən “tvitterdə” yayılan bəyanatda deyilir.