Latviya Xarici İşlər Nazirliyi - "Gürcü Arzusu" nümayəndələrinin Peter Fişerə qarşı əsassız ittihamları narahatlıq doğurur
Latviya Xarici İşlər Nazirliyi - "Gürcü Arzusu" nümayəndələrinin Peter Fişerə qarşı əsassız ittihamları narahatlıq doğurur

Peter Fişerə qarşı “Gürcü Arzusu” nümayəndələrinin əsassız ittihamları və düşmənçilik dili dərin narahatlıq doğurur, – bu barədə Latviya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

“Biz səfir Peter Fişeri və almaniyalı həmkarlarımızı dəstəkləyirik – ona qarşı “Gürcü Arzusu” nümayəndələrinin əsassız ittihamları və düşmənçilik dili dərin narahatlıq doğurur.

“Diplomatları bu şəkildə hədəfə almaq təkcə qarşılıqlı hörmətə xələl gətirir, həmçinin Gürcüstanı daha da izolyasiyaya sürükləyir”, – Latviya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Almaniyanın Xarici İşlər Nazirliyi bildirir ki, işlərin necə davam etdiriləcəyini müəyyən etmək üçün Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer məsləhətləşmələr üçün geri çağırılıb.