Latviya rus nömrə nişanlı avtomobillərin ölkə ərazisində hərəkətini qadağan edən qanunvericiliyə dəyişikliyi qəbul edib
Latviya rus nömrə nişanlı avtomobillərin ölkə ərazisində hərəkətini qadağan edən qanunvericiliyə dəyişikliyi qəbul edib

 
Latviya rus nömrə nişanlı avtomobillərin hərəkətini qadağan edir. Latviya Seymi “Yol hərəkəti haqqında” qanuna düzəlişləri qəbul edib, düzəlişlərə əsasən, rus nömrə nişanlı avtomobillərin sahiblərinə nəqliyyat vasitəsini qeydiyyatdan keçirmələri və ya onu Latviyadan çıxarmaları üçün gələn ilin fevralın 14-dək vaxt verilir.

Əgər rus nömrə nişanlı avtomobil qeyd olunan müddət bitdikdən sonra yol hərəkətində istifadə olunarsa, müsadirə olunacaq, müsadirə edilən avtomobillər isə Ukraynaya təhvil veriləcək.

İstisna yalnız Latviya ərazisindən tranzit keçən nəqliyyat vasitələrinə şamil olunacaq, hərçənd tranzitə yalnız bir dəfə icazə veriləcək və 24 saat ərzində həyata keçirilməlidir.

Yenilənmiş qanun noyabrın 15-dən qüvvəyə minir. Latviya hakimiyyəti dəyişiklikləri Aİ sanksiyalarına riayət etməklə və təhlükəsizlik risklərini azaltmaqla izah edir.