Laşa Xutsişvili Çin Xalq Respublikasının maliyyə naziri ilə görüşüb
Laşa Xutsişvili Çin Xalq Respublikasının maliyyə naziri ilə görüşüb

 
Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) illik görüşü çərçivəsində maliyyə naziri Laşa Xutsişvili Çin Xalq Respublikasının maliyyə naziri Lan Puanla görüşüb.

Maliyyə Nazirliyinin məlumatında, görüşdə maliyyə nazirinin müavini Ekaterine Quntsadzenin də iştirak etdiyi deyilir. Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub.

“Laşa Xutsişvili həmkarına Çin hökuməti tərəfindən Gürcüstana maliyyə, eləcə də texniki yardım baxımından göstərilən dəstəyə görə təşəkkür edib.

Görüşdə Gürcüstanın tranzit imkanlarının gücləndirilməsinin vacibliyi vurğulanıb, bunun üçün bir sıra infrastruktur layihələri həyata keçirilir.

Görüşün sonunda tərəflər iki ölkə arasında əməkdaşlığın yenidən fəal şəkildə davam edəcəyinə ümidvar olduqlarını bildiriblər.

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) illik toplantısına 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri ev sahibliyi edəcək” – Maliyyə Nazirliyinin məlumatında deyilir.