Laşa Xutsişvili Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uordla görüşüb
Laşa Xutsişvili Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uordla görüşüb

Maliyyə naziri Laşa Xutsişvili Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uordla görüşüb.

Maliyyə Nazirliyinin məlumatında qeyd olunduğu kimi, tanışlıq görüşündə tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Söhbətdə həmçinin Gürcüstanın beynəlxalq sanksiyaların icrasını təmin etmə prosesi və bu istiqamətdə ölkənin müvafiq xidmətlərinin son illərdə göstərdiyi səylər də qeyd olunub.

Görüşdə maliyyə nazirinin müavini Ekaterine Quntsadze iştirak edib”, – Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.