Laşa Xutişvili “Cygnum Capital” investisiya bankının baş və idarəedici direktorları ilə görüşüb
Maliyyə naziri Laşa Xutişvili “Cygnum Capital” investisiya bankının baş direktoru Klemens Kalis və idarəedici direktoru Ceykob Yanq ilə görüşüb.
Görüşdə investisiya bankının nümayəndələri ölkənin makroiqtisadi və fiskal parametrləri, eləcə də iqtisadi inkişaf tendensiyaları ilə tanış olublar.
Söhbət qiymətli kağızlar bazarının inkişafı məsələlərinə toxunub, həmçinin cari ildə avrobondların yenidən maliyyələşdirilməsi və bu yaxınlarda buraxılmış daxili xəzinə qiymətli kağızlarına artan beynəlxalq maraq və buraxılışın nəticələri nəzərdən keçirilib.
Yerli qiymətli kağızlar bazarı ilə daha çox qeyri-rezident investorun maraqlandırılması üçün Gürcüstan hökumətinin müxtəlif alətlərdən istifadə etməklə atdığı addımlara diqqət yetirilib.
Görüşdə Maliyyə nazirinin müavini Ekaterine Quntsadze və Dövlət Borcunun İdarə Edilməsi Departamentinin rəhbəri İrakli Kaçarava iştirak ediblər.
Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayır.