Bilirsiniz niyə qalib gələcəyik? Çünki biz xalqıq və bu ölkə də bu xalqa aiddir, – bu barədə “Birlik – Milli Hərəkat”ın nümayəndəsi Laşa Bakradze parlament yaxınlığında davam edən aksiyada bildirib.
Bakradzenin qeyd etdiyi kimi, gürcü xalqı düzgün seçim edib və bu seçimi qoruyacaq.
“Bu ölkə bizimdir, biz bunu bir-birimizə deməliyik. Bu ölkə düzgün seçim etmiş və bu seçimi qoruyacaq gürcü xalqınındır”, – deyə Laşa Bakradze bildirib.