Laşa Abaşidze Çindən gələn qatarı Axalkalakidə qarşıladı
Laşa Abaşidze Çindən gələn qatarı Axalkalakidə qarşıladı

Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze Axalkalakiyə səfər edib və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində mövcud olan infrastrukturla tanış olub.

Baş direktorun səfəri zamanı Axalkalaki stansiyasına Çindən gələn qatar daxil oldu, hansı ki, Türkiyədən keçərək Avropa istiqamətində hərəkət edir.

Məlumat üçün bildirək ki, Bakı-Tbilisi-Qars dəmir yolunda qatarlar test rejimində hərəkət edir. Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Qars hissəsinin tam istifadəyə verilməsi yükdaşımanın əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

Gürcüstan Dəmir Yolları məlumat yayır.