Lado Kaxadze və Şalva Şavqulidzenin debatları Birinci Kanalda iyunun 6-da, saat 22:00-də keçiriləcək
Mtatsminda rayonunda aralıq seçkilərinin ikinci turuna çıxan namizədlər – Şalva Şavqulidze və Lado Kaxadze Birinci Kanalın təklif etdiyi debatlarda iştirak etməyə razı olduğunu bildirdilər.
Müvafiq olaraq da, debatlar Gürcüstanın Birinci Kanalının efirində, iyunun 6-da, saat 22:00-da beynəlxalq medyada aprobasiya edilmiş formatla keçiriləcək.
İştirak edən tərəflərin seçicilərə öz mövqelərini təqdim etmək və aparıcının və həmçinin, bir-birlərinin suallarına cavab vermək imkanı veriləcək.
Debatların formatı ilə bağlı digər detallar “Azad Demokratlar- Avropa Gürcüstanı” və “Gürcü Arzusu – Demokratik Gürcüstanın” namizədləri ilə yenə bir daha razılaşdırılacaq.
Gürcüstanın Birinci Kanalı aralıq seçkilərinin ikinci turuna çıxan namizədlərə televiziya debatlarında iştirak etməyi ictimaiyyətin yüksək marağından irəli gələrək, təklif etdi.