Kvemo Kartlidə, 9 apreldə həlak olanların xatirəsini yad etdilər

12:27, 09.04.2018

Kvemo Kartli diyarı və Rustavinin rəhbər şəxsləri aprelin 9-da həlak olanların xatirəsini yad etdilər.

Kvemo Kartli qubernatoru Qriqol Nemsadze, Rustavi meri İrakli Tabağua və özünüidarəetmənin nümayəndələri 9 aprel memorialına gül-çiçək dəstələri düzdülər.

9 aprel faciəsi qurbanlarının xatirəsinin yad edilməsinə həsr olunmuş tədbirdə “Me Rustveli” (mən Rustveli) musiqi ansamblı iştirak etdi.

Mövzu sərgisi təşkil edildi.

Oxşar