Kvemo Kartli polisi vergidən yayınmağa görə axtarışda olan şəxsi saxlayıb

15:31, 12.07.2026

„Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda vergidən yayınmağa görə axtarışda olan şəxsi saxlayıblar. Bu barədə DİN məlumat yayır.

“Saxlanılan şəxs Rustavi Şəhər Məhkəməsinin qərarı əsasında axtarışda olub və onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi Qardabani bələdiyyəsində saxlayıblar.

Hazırda saxlanılan şəxs cəzaçəkmə müəssisəsinə yerləşdirilib”, – DİN-in məlumatında qeyd edilib.

Oxşar