Kvemo Kartli polisi sərhədi qanunsuz keçmək faktı ilə bağlı xarici ölkə vətəndaşını saxlayıb
Kvemo Kartli polisi sərhədi qanunsuz keçmək faktı ilə bağlı xarici ölkə vətəndaşını saxlayıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin İstintaq İdarəsinin əməkdaşları keçirilmiş kompleks operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində Gürcüstanın dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirli bilinən Azərbaycan Respublikası vətəndaşını saxlayıblar.

DİN-in məlumatına görə, cinayət 5 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, 1998-ci il təvəllüdlü Ç. Q. Gürcüstanın dövlət sərhədini sərhəd nəzarətindən yan keçməklə qanunsuz olaraq keçib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi Tbilisi-Marneuli yolunda avtomobillə hərəkət edərkən saxlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi ilə istintaq aparılır”, – DİN-nin məlumatında deyilib.