Kvemo Kartli polisi, Qardabanidə müxtəlif vaxtlarda törədilmiş oğurluqlara görə axtarışda olan şəxsi həbs edib

11:34, 27.12.2025

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Şöbəsinin əməkdaşları cari ilin avqustun 28-dən müxtəlif vaxtlarda törədilmiş oğurluq cinayətlərinə görə axtarışda olan 1992-ci il təvəllüdlü F.A.-nı saxlayıb.

“İstintaqla müəyyən edilib ki, mühakimə olunmuş şəxs müxtəlif vaxtlarda oğurluq məqsədilə Qardabanidəki yaşayış evlərinə daxil olub, oradan məişət əşyaları və texnika götürüb.

F.A. törətdiyi cinayətlərə görə Qardabani Rayon Məhkəməsinin hökmü ilə qiyabi həbs cəzasına məhkum edilib.

Saxlanılan şəxs hazırda cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Daxili İşlər Nazirliyi məlumat yayır.

Oxşar