Kvemo Kartli polisi qəsdən adam öldürməyə cəhd faktı üzrə bir nəfəri saxlayıb

11:16, 07.08.2025

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Şöbəsinin əməkdaşları “isti izlərlə” həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1981-ci il təvəllüdlü E. Q.-nı qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.

DİN-in məlumatına görə, cinayət 15 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs məişət zəminində baş vermiş mübahisə zamanı həmkəndlisi – 1994-cü il təvəllüdlü C.İ.-yə soyuq silahdan istifadə etməklə döş nahiyəsinə bir neçə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Yaralanmış kişi tibb müəssisəsinə yerləşdirilib.

Polis keçirilmiş istintaq hərəkətləri nəticəsində E.Q.-nı cinayəti törətdikdən qısa müddət sonra saxlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət silahını – bıçağı sübut olaraq götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır”, – DİN-in məlumatında qeyd edilib.

Oxşar