Kütləvi elektrik kəsintisi səbəbindən Tbilisi metrosunun və Gürcüstan Dəmir Yollarının fəaliyyəti məhdudlaşdırılıb
Gürcüstanda baş verən kütləvi elektrik kəsintisi səbəbindən Tbilisi metrosunun fəaliyyəti məhdudlaşdırılıb.
Gürcüstan Dəmir Yolları da fasilələrlə işləyir.
Tbilisi və regionların bir hissəsində elektrik enerjisi təchizatı səhər saat 08:00-da qəza səbəbindən kəsilib.
Məlumat üçün bildirək ki, iyulun 24-ü saat 01:00-da da Tbilisi və Gürcüstanın əksər regionlarında elektrik enerjisi təchizatı qəza səbəbindən dayandırıldı. Rəsmi məlumata görə, enerji sistemində baş vermiş sistem qəzası elektrik enerjisi və telekommunikasiya şəbəkələrində məhdudiyyətlərə səbəb olub. Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası 24 iyulda baş vermiş irimiqyaslı qəzanın səbəblərini araşdırmağa başlayıb.