Kutaisidə, Parlamentin keçmiş binasında “Sakpatent”in tədris mərkəzi yerləşdiriləcək
Kutaisidə, Parlamentin keçmiş binasında “Sakpatent”in tədris mərkəzi yerləşdiriləcək, – bu barədə Əqli Mülkiyyət üzrə Milli Mərkəz olan “Sakpatent”in sədri Soso Qiorqadze Avropa ilə inteqrasiya komitəsinin iclasında hesabat təqdim edərkən bildirib
Onun dediyinə görə, infrastrukturun yenilənməsi məqsədilə Parlamentin keçmiş binasında təmir işləri artıq aparılır.
Qanun tələb edir ki, bir tərəfdən patent nümayəndələrinin imtahanları müəyyən dövrlərlə keçirilsin, digər tərəfdən isə davamlı təhsil onların üçün vacib komponentlərdən biri olsun. “Sakpatenti” fəal işləyir, artıq təmir işləri aparılır, burada tam yenilənmiş infrastrukturla “Sakpatent”in tədris mərkəzi yerləşdiriləcək. O, həm imtahanlara, həm də davamlı təhsilə xidmət edəcək. Bundan başqa, Əqli Mülkiyyət üzrə Ümumdünya Təşkilatı ilə birgə bir neçə layihə həyata keçiririk ki, bu da o deməkdir ki, Gürcüstanda beynəlxalq səviyyəli təlimlər və seminarlar keçiriləcək. Onların bir hissəsi artıq müxtəlif formatlarda həyata keçirilir”, – Soso Qiorqadze bildirib.