Kutaisi Beynəlxalq Universitetinin yeni məkanı - “UniverCity” açıldı
Kutaisi Beynəlxalq Universitetinin yeni məkanı - “UniverCity” açıldı

Kutaisi şəhər günü münasibətilə keçirilən şənlik çərçivəsində, KIU-nun “UniverCity” idrak və innovasiya məkanı təntənəli şəraitdə açıldı. Bu barədə Kutaisi Beynəlxalq Universiteti məlumat yayır.

Onların məlumatına görə, layihə Kutaisi meriyası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

““UniverCity” məkanı Kutaisi Beynəlxalq Universitetinin rektoru vəzifəsini icra edən, Kutaisi Universitet Şəhərinin direktoru Vaxtanq Tsaqareli və Kutaisi şəhərinin meri Davit Eremeişvili tərəfindən açılıb.

Tədbirdə Gürcüstan Parlamenti sədrinin birinci müavini Qiorqi Volski, Parlamentin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Mariam Laşxi, Parlamentdə Kutaisi nümayəndəsi Zaza Lominadze, həmçinin icraedici və yerli hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.

KIU Kapellası “UniverCity”nin açılışında iştirak edib. Təntənəli açılışda tələbələr tərəfindən yaradılan innovativ layihələrin və təhsil proqramlarının təqdimatı, eləcə də dizayn məktəbi tələbələrinin əsərlərindən ibarət sərgi nümayiş olundu. KİU-nun rektor vəzifəsini icra edən Vaxtanq Tsaqareli və rektor Levan Kopaliani tələbə video müsabiqəsi – KIU IN YOUR LENS-in nəticələrini yekunlaşdırdılar və qalibləri mükafatlandırdılar.

Yeni məkan konsepsiyası Kutaisini aparıcı universitet şəhəri kimi tanıtmağı hədəfləyir və bu, Gürcüstan hökuməti tərəfindən başlanan ölkənin təhsil islahatlarına tam uyğundur.

“UniverCity” Kutaisinin mərkəzi meydanında yerləşib. Təhsil müəssisələri bu məkanda öz layihələrini planlaşdırmaq və həyata keçirmək, qonaqları dəvət etmək və şagird və tələbələrin iştirakı ilə ictimai müzakirələr aparmaq imkanına malik olacaqlar. İnnovasiya mərkəzi (habı) KIU-nun Avropa standartlarına uyğun tədris-elmi proqramları və regionda unikal olan ultramodern universitet şəhərciyi (kampusu) barədə yeniliklərə həsr olunacaq. Yeni məkan Kutaisinin tarixi rolunu və şəhərin yaradıcılıq funksiyasının gücləndirilməsini ideal şəkildə birləşdirir”, – universitetin yaydığı məlumatda deyilib.