Kutaisi Beynəlxalq Hava Limanından Bratislavaya 2026-cı ilin yanvarın 12-də birbaşa uçuşlar başlayacaq
Kutaisi Beynəlxalq Hava Limanından Bratislavaya 2026-cı ilin yanvarın 12-də birbaşa uçuşlar başlayacaq

Kutaisi Beynəlxalq Hava Limanına yeni Avropa istiqaməti əlavə olunur və sərnişinlər Slovakiyanın paytaxtı Bratislavaya birbaşa reyslə səyahət edə biləcəklər, – bu barədə Gürcüstan Hava Limanları İttifaqı məlumat yayır.

Onların məlumatına görə, Avropanın ekoloji cəhətdən ən davamlı aviaşirkəti “Wizz Air” Bratislava-Kutaisi-Bratislava marşrutu üzrə həftədə dörd dəfə—bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri uçuş həyata keçirəcək və uçuşlar müasir Airbus A321neo tipli təyyarə ilə yerinə yetiriləcək.

“Yeni marşrutun əlavə olunması Gürcüstan Hava Limanları İttifaqı ilə “Wizz Air” arasında intensiv və uğurlu danışıqların nəticəsi olaraq mümkün oldu. Aviabiletləri artıq aviaşirkətin rəsmi veb səhifəsindən əldə etmək mümkündür.

Bratislava Mərkəzi Avropada vacib bir mərkəzdir, Vyana və Budapeştə ən qısa məsafədə yerləşir. Buna görə də, yeni istiqamət kimi, o, gürcü səyahətçilər üçün həm istirahət, həm də çoxşaxəli Avropa kəşfləri üçün əlavə mədəni və turizm imkanları yarada bilər.

“Wizz Air” Kutaisi Beynəlxalq Hava Limanından 12 ölkəyə 23 istiqamətdə reyslər həyata keçirir. Onlardan biri yay aylarında əlavə olunan Lion istiqamətidir. Həmçinin, 2 dekabrdan etibarən aviaşirkət Venesiya istiqamətinə birbaşa uçuşlara başlayır. 2012-ci ildən, Gürcüstan bazarında fəaliyyətə başladığı gündən bu günə qədər “Wizz Air” Gürcüstandan və əks istiqamətdə təxminən 9 milyon sərnişini daşıyıb.