Kursk vilayətinin qubernatoru Rusiyada, Kursk aerodromuna PUA-larla hücum həyata keçirildiyini açıqlayır

14:00, 06.12.2022

 

Rusiyada, Kursk aerodromuna PUA-larla hücum həyata keçirilib. Bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovait məlumat yayır.

O, zərbə nəticəsində neft anbarına od düşdüyünü bildirib. Starovait xəsarət alan olmadığını qeyd edib. Hadisə yerində fövqəladə və xüsusi xidmət orqanları işləyir.

Kursk vilayəti Ukraynanın Sumi vilayəti ilə həmsərhəddir.

Dünən Rusiya Müdafiə Nazirliyi Riazan və Saratov vilayətlərində iki aerodroma hücum edildiyini açıqlayıb. Rus tərəfi zərbələrin Ukraynaya məxsus PUA-lar tərəfindən endirildiyini iddia edir. Riazan vilayətində yerləşən aerodroma hücum nəticəsində 3 hərbçi həlak olub, 4-ü yaralanıb, Saratov vilayətində Enqels aerodromuna hücum nəticəsində iki təyyarənin gövdəsi zədələnib.

Oxşar