Kuba prezidenti - Venesuelaya qarşı cinayətkar hücum beynəlxalq ictimaiyyətdən təcili reaksiya tələb edir
Kuba hakimiyyəti ABŞ-ın Venesuelaya hücumunu pisləyir.
Kuba prezidenti Migel Diaz-Kanel Bermudez ABŞ-ın hərəkətini kriminaı hücum adlandırır və beynəlxalq ictimaiyyətdən təcili reaksiya tələb edir.
“Bizim sülh zonamıza qəddar şəkildə hücum edirlər. Dövlət terrorizmi cəsur Venesuela xalqına və bizim Amerikaya qarşıdır. Vətən və ya ölüm! Biz qalib gələcəyik!” – Kuba prezidenti sosial şəbəkədə yazır.
Ağ Ev hücumla bağlı rəsmi bəyanat verməyib. Hərçənd, ondan əvvəl Amerika mediasında ABŞ prezidenti Donald Trampın Venesuela ərazisi daxilində zərbələr endirmək əmri verdiyi barədə məlumat yayılıb. “CBS” telekanalının məlumatına görə, Tramp Venesuelanı bombalamaq əmrini əməliyyat başlamazdan bir neçə gün əvvəl verib. Yayılan məlumata görə, əməliyyatın daha əvvəl başlaması planlaşdırılmışdı, lakin əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Məlumat üçün bildirək ki, Karakasda partlayış səsləri eşidilir, şəhərin üzərində aşağı hündürlükdə uçan təyyarə görünüb.