Kuba ABŞ-a dronlarla hücum etmə imkanını yalan adlandırır
Kuba ABŞ-a dronlarla hücum etmə imkanını yalan adlandırır

Kuba ABŞ-a dronlarla hücum etmə imkanını yalan adlandırır. Bu barədə Kubanın xarici işlər naziri Bruno Rodrigez bildirib.

Nazirin sözlərinə görə, ABŞ iqtisadi sanksiyaları və mümkün hərbi müdaxiləni əsaslandırmaq üçün dron təhdidini uydurub.

“Kuba heç kəsi təhdid etmir və müharibə istəmir. Ölkə, BMT Nizamnaməsi ilə tanınan qanuni özünümüdafiə hüququnun həyata keçirilməsi çərçivəsində xarici təcavüzə müqavimət göstərməyə hazırlaşır”, – Rodrigez qeyd edib.

Kubanın xarici işlər nazirinin bu şərhi „Axios“ tərəfindən yayılan məlumatdan sonra səsləndirilib. ABŞ kəşfiyyat məlumatlarına görə, Kuba 300-dən çox hərbi pilotsuz uçuş aparatı satın alıb, çünki Havana Quantanamo körfəzindəki ABŞ hərbi-dəniz bazasına, Amerika hərbi gəmilərinə və Florida ştatının Ki-Uest (Key West) şəhərinə dronlarla hücum etmək imkanını nəzərdən keçirir.