Krtsanisidə NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin yubiley tədbiri qeyd olunub
Krtsanisidə NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin yubiley tədbiri qeyd olunub

Mayın 30-u NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) yarandığı gündür. Mərkəzin rəhbərliyini və şəxsi heyətini 10 illik yubiley münasibətilə müdafiə nazirinin birinci müavini Paata Patiaşvili və Müdafiə Qüvvələrinin komandanının müavini, general-mayor İrakli Çiçinadze təbrik ediblər.

Çıxışları zamanı müdafiə qurumunun rəhbər şəxsləri mərkəzin əhəmiyyətindən danışıblar və onun inkişafında beynəlxalq tərəfdaşların verdiyi töhfəni qeyd ediblər.

Hərbi qulluqçulara bu mühüm gün münasibəti ilə NATO Əlaqə Bürosunun rəhbəri Aleksandr Vinnikov, NATO-Gürcüstan Əhəmiyyətli Paketi (SNGP) üzrə NATO Əsas Qrupu rəhbərinin müavini Deyl Vudhaus və JTEC-in komandiri, polkovnik David Qaqua çıxış edib və onları təbrik ediblər.

Tədbir Gürcüstanın ərazi bütövlüyü və beynəlxalq missiyalarda həlak olmuş qəhrəmanların xatirə abidəsinin önünə əklil qoyma mərasimi ilə başlayıb. Tədbir çərçivəsində NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin hərbi qulluqçularına müxtəlif idarə medalı və təşəkkürnamələr təqdim olunub. Hərbi qulluqçuların bir hissəsinə təşəkkür bildirdilər.

Əsgərlərə Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidməti rəhbərinin müavini, keşiş Quram Çareləşvili xeyir-dua verib. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra dəvət olunmuş qonaqlar mərkəzin bazasında mövcud olan simulyasiya vasitələri ilə tanış olmaq imkanı əldə ediblər.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Gürcüstanda akkreditə olunmuş müdafiə attaşeləri, NATO Əlaqə Bürosunun və NATO-Gürcüstan Maddi Paketinin (SNGP) nümayəndələri iştirak ediblər.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.