Krit adasında casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb
Yunanıstanın Krit adasında casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb. Yerli medianın yazdığına görə, saxlanılan şəxs ABŞ hərbi bazasının yaxınlığında yerləşən mehmanxanada qalan, 26 yaşlı Azərbaycan vətəndaşıdır. O, strateji cəhətdən əhəmiyyətli obyektlərin fotoşəkillərini çəkirdi.
Yayılan məlumata görə, saxlanılan şəxsin Polşa tərəfindən verilmiş vizası var. Onun nömrəsinə baxış zamanı 5000-dən çox foto və video aşkar edilib. İstintaqın məlumatına görə, gənc kişi həmçinin hərbi gəmilərin şəkillərini də çəkirdi.