Kriminal polis qırmızı sirkulyarla axtarışda olan şəxsi saxlayıb
Kriminal polis qırmızı sirkulyarla axtarışda olan şəxsi saxlayıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Acara Baş İdarəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinin əməkdaşları, Baş Prokurorluqla birgə həyata keçirdikləri operativ-axtarış və istintaq tədbirləri nəticəsində, İnterpol tərəfindən qırmızı sirkulyarla axtarışda olan Özbəkistan Respublikası vətəndaşı, 1979-cu il təvəllüdlü S.C.-nı Batumidə saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, məhkum edilmiş S.C. Özbəkistan Respublikası tərəfindən kommersiya dələduzluğu və oğurluq ittihamı ilə axtarılırdı.

Hazırda saxlanılan şəxslə bağlı qanunvericiliyə uyğun sadələşdirilmiş ekstradisiya prosedurları aparılır.