Krımda Novofyodorovka hava limanı yaxınlığında partlayış səsləri eşidilir
Krımda Novofyodorovka hava limanı yaxınlığında partlayış səsləri eşidilir. “BBC”nin məlumatına əsasən, bu barədə Moskva tərəfindən təyin edilmiş Krım rəhbərinin müşaviri Oleq Kriuçkov bildirib.
“Hələlik, Novofyodorovka hava limanı yaxınlığında bir neçə partlayışın olması faktını təsdiqləyə bilərəm. Hər kəsdən rəsmi hesabatları gözləməyi və versiyaları dərc etməməyi xahiş edirəm”-deyə Kriuçkov yazır.
Partlayışları Saki rayonunun rəhbəri Viktoria Kazimirova da təsdiqləyib. O partlayışların aerodromda baş verdiyini, nəticədə ətrafdakı binaların şüşələrinin sındığını bildirib.
“BBC”nin yazdığı üzrə, Rusiya tərəfindən təyin olunmuş Krım bölgəsinin rəhbəri Serqey Aksenov hadisə yerinə gedib.