Kremlin məlumatına görə, Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə telefon danışığı keçirib və Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsində vasitəçilik etdiyinə görə ona təşəkkür edib
Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı keçirib və Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsində vasitəçilik etdiyinə görə ona təşəkkür edib, – qeyd olunan barədə Kremlin yaydığı bəyanatda deyilib.
Bəyanata əsasən, onlar Ukrayna məsələsi üzrə Rusiya-Amerika danışıqlarını da müzakirə ediblər.
“Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Rusiya və ABŞ-ın atdığı addımları dəstəkləyib və xüsusilə bu gün Ər-Riyadda ekspert qrupları arasında keçirilən məsləhətləşmələri təqdir edib”, – Kremlin bəyanatında deyilib.
Məlumat üçün bildirək ki, ötən həftə Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi aparılıb. Tərəflər 175-175 hərbi əsiri bir-birinə təhvil verdilər. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri əsir mübadiləsində vasitəçi kimi fəaliyyət göstərirdi.