Kremlin məlumatına əsasən, Vladimir Putin Benyamin Netanyahu ilə İran məsələsini müzakirə edib, daha sonra isə İran prezidenti Məsud Fezeşkyanla danışıb
Kremlin məlumatına əsasən, Vladimir Putin Benyamin Netanyahu ilə İran məsələsini müzakirə edib, daha sonra isə İran prezidenti Məsud Fezeşkyanla danışıb

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu İran məsələsini müzakirə ediblər. Bu barədə Rusiya prezident administrasiyası məlumat yayır.

Rusiya prezidenti bölgədə sabitlik və təhlükəsizliyin diplomatik vasitələrlə təmin edilməli olduğunu qeyd edib.

Putinin dediyinə görə, Rusiya bu dialoqda vasitəçi rolunu oynamağa hazırdır. Həmçinin tərəflər müxtəlif səviyyədə əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Liderlər arasında əvvəlki telefon danışığı 15 noyabrda baş tutub.

Rusiya mediasının məlumatına görə, Vladimir Putin Netanyahu ilə danışdıqdan sonra İran prezidenti Məsud Fezeşkyanla danışıb.