Kremldə, Volodimir Zelenskinin “Qələbə planı”na rəsmi mənbələrlə məlumat yayıldıqdan sonra baxacaqlarını bildirirlər

15:52, 23.09.2024

Kremldə, Volodimir Zelenskinin “Qələbə planı”na rəsmi mənbələrlə məlumat yayıldıqdan sonra baxacaqlarını bildirirlər.

“Hesab edirik ki, media ilə yayılmış xəbərləri təhlil etməməliyik. Bu planla bağlı məlumat rəsmi mənbələrdə olarsa, əlbətdə, biz bunu ətraflı müzakirə edəcəyik” – Peskov bildirib.

Volodimir Zelenski bu planı Amerikaya səfəri zamanı Amerika Birləşmiş Ştatlarının Prezidentinə və onun iki potensial varisi Kamala Harris və Donald Trampa təqdim edəcək.

Ukraynanın Prezidenti Volodimir Zelenski “CNN”ə müsahibəsində ABŞ Prezidenti Co Baydenə və prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrisə təqdim etməyi planlaşdırdığı “Qələbə planı”nın bəzi təfərrüatlarını açıqlayıb.

Oxşar