Kremldə Donald Trampın mayın 9-da Rusiyaya səfərindən söhbət getmədiyini bildirirlər

20:36, 21.04.2025

Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Moskvada, 9 may tədbirlərində iştirakının mümkünlüyü barədə şərh edib.

Peskovun dediyinə görə, mayın 9-da keçiriləcək paradla bağlı Donald Trampın Rusiyaya gəlişi barədə ümumiyyətlə, söhbət getmir.

Xatırladaq ki, Avropa İttifaqı Avropa İttifaqı üzvlüyünə namizəd olan ölkələrə mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməməyi tapşırıb.

Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalas Avropa liderlərini Ukrayna ilə həmrəy olduqlarını ifadə etməyə çağırıb.

Oxşar