Kremldə bildirirlər ki, Vladimir Putin Ukrayna və Yaxın Şərq məsələlərini Moskvada Qətər əmiri ilə görüş zamanı müzakirə edəcək

16:20, 16.04.2025

Kremldə bildirirlər ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna və Yaxın Şərq məsələlərini, Moskvada, Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə görüş zamanı müzakirə edəcək.

“Putin və Qətər əmiri Ukrayna məsələsi ilə bağlı mütləq fikir mübadiləsi aparacaqlar. Həmçinin, onlar regional məsələlər barədə də danışacaklar”, – Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə müsahibəsində qeyd edib.

Qətər əmirinin Moskvaya bu gün gələcəyi və aprelin 17-də Putinlə görüşəcəyi gözlənilir.

“Region münaqişə potensialı ilə doludur. Qətər bir çox vəziyyətin həllinə çalışmaqda çox böyük və mühüm rol oynayır. Biz Qətərlə ticari və iqtisadi əməkdaşlığımızın potensialını və təbii ki, bir çox mövzu üzrə, o cümlədən ən həssas mövzular üzrə konfidensial dialoqumuzu çox qiymətləndiririk”, – Peskov qeyd edib.

Məlumat üçün bildirək ki, Qətər bir neçə dəfə Rusiya və Ukrayna arasında vasitəçilik etməyə cəhd edib.

Oxşar