Kreml Vladimir Putinin 19-20 may tarixlərində Çinə səfər edəcəyini təsdiqləyir
Kreml Rusiya Prezidenti Vladimir Putinin 19-20 may tarixlərində Çinə səfər edəcəyini təsdiqləyir.
Rusiya tərəfinin məlumatına görə, səfər iki ölkə arasında Xoş Qonşuluq, Dostluq və Əməkdaşlıq Müqaviləsinin imzalanmasının 25-ci ildönümünə təsadüf edir.
“Çin Prezidenti Si Dzinpinin dəvəti ilə Rusiya Prezidenti Vladimir Putin 19-20 may tarixlərində Çin Xalq Respublikasına rəsmi səfər edəcək”, – Kremlin bəyanatında deyilib.
Kremlin məlumatına görə, Vladimir Putin və Si Dzinpin ikitərəfli münasibətlərin aktual məsələlərini, Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi yollarını müzakirə edəcək və əsas beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Bununla yanaşı, rəsmi səfər çərçivəsində Putin Çinin Baş naziri Li Tsianla da görüşəcək və onunla ticarət-iqtisadi məsələləri müzakirə edəcək.