Kreml - Rusiya Seul və Pxenyan arasında razılaşmanı alqışlayır
Kreml - Rusiya Seul və Pxenyan arasında razılaşmanı alqışlayır

Cənubi Koreyanın prezidenti Şimali Koreya lideri ilə görüşünün detalları ilə Vladimir Putini tanış etdi. Kremldə bəyan etdiklərinə görə, Rusiya Seul və Pxenyan arasında razılaşmanı alqışlayır.

“Cənubi Koreya Respublikasının başçısı Şimali Koreya lideri ilə görüşünün detalları ilə Rusiya Federasiyası prezidenti, Vladimir Putini tanış etdi. Tərəflər bu görüş nəticəsində əldə olunan razılaşmanı müsbət dəyərləndirirlər”, – Kreml tərəfindən yayılan məlumatda deyilir.

Xatırladaq ki, Cənubi və Şimali Koreya prezidentlərinin tarixi görüşü aprelin 27-də baş tutdu.