Kreml Qərbə xəbərdarlıq edib ki, Ukraynaya Rusiya ərazisini Qərb raketləri ilə vurmaq hüququnun verilməsi Moskvanın cavab reaksiyasına səbəb olacaq
Kreml Qərbə xəbərdarlıq edib ki, Ukraynaya Qərbin uzaqmənzilli aktiv raketləri ilə Rusiya ərazisini vurmaq hüququnun verilməsi ABŞ və Avropanın müharibədə birbaşa iştirakını dərinləşdirəcək və Moskvanın cavab reaksiyasına səbəb olacaq.
Bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov danışıb.
“Bizim cavabımız müvafiq olacaq. Amerika Birləşmiş Ştatlarının və Avropa ölkələrinin Ukrayna münaqişəsində iştirakı birbaşadır və hər yeni addım bu iştirakın dərəcəsini artırır”, – Peskov bildirib.