Kreml Aleksey Navalnının Ekvador qurbağasının zəhəri ilə zəhərlənməsi ilə bağlı iddiaları rədd edir
Kreml Aleksey Navalnının Ekvador qurbağasının zəhəri ilə zəhərlənməsi ilə bağlı iddiaları rədd edir.
“Təbii ki, biz bu cür ittihamları qəbul etmirik. Biz onlarla razı deyilik. Biz onları qərəzli və əsassız hesab edirik və qəti şəkildə rədd edirik”, – Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
Məlumat üçün bildirək ki, Aleksey Navalnı 16 fevral 2024-cü ildə Moskvadan təxminən 1900 km şimal-şərqdə yerləşən cəzaçəkmə koloniyasında 47 yaşında vəfat edib. Beş Avropa ölkəsi Aleksey Navalnının həbsxanada Ekvador qurbağasının zəhəri ilə zəhərləndiyini bildirib. Böyük Britaniya, Fransa, Almaniya, İsveç və Niderland Navalnının iki il əvvəl cəzaçəkmə koloniyasında ölümcül maddə ilə zəhərləndiyinə əmindirlər. Onların rəyləri Navalninin bədənindən götürülmüş nümunələrin analizinə əsaslanır və onların sözlərinə görə, bu analiz Cənubi Amerikada zəhərli ox qurbağalarında rast gəlinən toksinin mövcudluğunu təsdiqləyib.