Krasnodar vilayətində, Eysk şəhərində qırıcı təyyarə yaşayış binasına çırpılıb

21:11, 17.10.2022

 

Krasnodar vilayətində, Eysk şəhərində Rusiyaya məxsus Su-34 səsdən sürətli döyüş təyyarəsi doqquzmərtəbəli yaşayış binasına çırpılıb.

Hərbi təyyarənin qəzaya uğraması nəticəsində yaşayış evində yanğın baş verib. Yanğın iki min kvadratmetr ərazini əhatə edib. Aviasiya yanacağının da alışdığı bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qırıcı təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.

Pilotlar təyyarədən katapult etməyi bacarıblar. Pilotlar hərbi təyyarənin qəzaya uğramasına səbəb kimi uçuş zamanı mühərriklərdən birində baş verən yanğını göstəriblər.

Oxşar