Kosovonun Baş naziri Serbiya tərəfindən həbs edilən üç polisin azad edildiyini təsdiqləyib
Kosovonun Baş naziri Serbiya tərəfindən həbs edilən üç polisin azad edildiyini təsdiqləyib

 

Kosovonun Baş naziri Serbiya tərəfindən həbs edilən üç polisin azad edildiyini təsdiqləyib. Bu barədə Albin Kurti özünün “Twitter” səhifəsində yazır.

“Mən saxlanılan üç polisin azad edildiyini təsdiq edirəm”– deyə Kurti yazır.

O, Serbiyanın Kosovonun polis əməkdaşlarının saxlanılmasına görə məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.

“Bu saxlanılma insan hüquqlarının ciddi şəkildə pozulmasıdır və cəzalandırılmalıdır”-deyə Kurti bildirib.

Bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç saxlanılan Kosovo polisini azad etməyəcəyini bildirmişdi.