Kosovo ABŞ-dan deportasiya olunan miqrantları qəbul etməyə başlayıb
Kosovo ABŞ-dan deportasiya olunan miqrantları qəbul etməyə başlayıb

Kosovo ABŞ-dan deportasiya olunan miqrantları, o cümlədən üçüncü ölkələrin vətəndaşlarını qəbul etməyə başlayıb. Bu barədə Kosovo baş nazirinin vəzifəsini icra edən Albin Kurti bildirib.

Kosovo Tramp administrasiyasının ilkin olaraq deportasiya edilmiş 50 nəfəri qəbul etmək tələbi ilə razılaşıb.

“Biz ABŞ-ın öz ərazisində qalmasını istəmədiyi şəxsləri qəbul edirik”, – Kurti yerli televiziya ilə müsahibəsində bildirib.

Albaniyanın baş naziri vəzifəsini icra edən hansı ölkələrin nümayəndələrinin deportasiya edildiyini açıqlamayıb.

Bununla yanaşı, o, hazırda Kosovoya bir və ya iki miqrantın gətirildiyini deyib. Qeyd etmək lazımdır ki, Kosovonun Danimarka ilə də müqaviləsi var və müqaviləyə əsasən, 210 milyon avro müqabilində 2027-ci ildən başlayaraq növbəti on il ərzində Danimarkadan deportasiya edilən 300 əcnəbi məhbusu qəbul etməlidir.