Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbəri Rajden Kupraşvili Almaniya səfiri Piter Fişer ilə görüşüb
Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbəri Rajden Kupraşvili Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer ilə görüşüb. Bu barədə Kupraşvili sosial şəbəkədə məlumat yayır.
Onun məlumatına görə, səfirlə görüş zamanı hazırkı qanunvericilik dəyişiklikləri müzakirə olunub.
“Mən Almaniyanın Gürcüstandakı səfiri Ernst Piter Fişerlə görüşdüm. Çox maraqlı söhbətimiz oldu, biz qanunvericilikdə hazırki dəyişiklikləri müzakirə etdik. Xüsusilə, “Qrantlar haqqında” Gürcüstan qanununa edilən dəyişikliklər və “Xarici agentlərin qeydiyyatı aktı haqqında” Gürcüstan qanununun tətbiqi barədə danışdıq. Biz gələcək əməkdaşlığın yollarını müəyyənləşdirdik”, – Kupraşvili yazır.