Korrupsiya qalmaqalı ilə əlaqədar Avropa Parlamenti Belçika məhkəməsinin tələbi əsasında iki avropalı parlamentarinin toxunulmazlığının ləğvi proseduruna başlayıb
Korrupsiya qalmaqalı ilə əlaqədar Avropa Parlamenti Belçika məhkəməsinin tələbi əsasında iki avropalı parlamentarinin toxunulmazlığının ləğvi proseduruna başlayıb

 

Belçika məhkəməsinin tələbi əsasında Avropa Parlamenti korrupsiya qalmaqalı ilə əlaqədar iki avropalı parlamentari – Andrea Kotsolino və Mark Tarabellanın toxunulmazlığının ləğvi ilə bağlı təcili prosedura başlayıb. Onların hər ikisi “Sosial Demokrat Qrupu”nun üzvüdür.

“Mən Avropa Parlamentinin iki deputatının toxunulmazlığının aradan qaldırılması üçün təcili prosedura başlamışam. Heç bir cəzasızlıq olmayacaq”-deyə Avropa Parlamentinin prezidenti Roberta Metsola “Twitter” mikrobloqunda yazır.

Qeyd etmək lazımdır ki, bundan əvvəl Roberta Metsola eyni korrupsiya qalmaqalında adı hallanan vitse-prezident Eva Kaylinin toxunulmazlığını götürüb və mandatını dayandırıb. Eva Kaylini dekabrın 10-da Belçika hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıblar. O, Qətərin xeyrinə qeyri-qanuni lobbiçilikdə ittiham olunur. Polis ondan başqa, istintaq çərçivəsində daha bir neçə şəxsi saxlayıb. Axtarış tədbirləri çərçivəsində isə 600 min avro götürülüb.