Koronavirusun yayılması təhlükəsinə görə Monqolustan Çin ilə sərhədini bağladı

11:19, 27.01.2020

Koronavirusun yayılması təhlükəsinə görə Monqolustan Çin ilə sərhədini bağladı. “Qlobal Tayms” nəşrinin yaydığı məlumata görə, sərhəddə avtonəqliyyat və piyada keçid qadağan edilibdir.

Xatırladaq ki, Çində yeni növlü koronavirus 2019-cu ilin dekabrında aşkar olundu. Hazırda virus ilə əmələ gəlmiş pnevmoniya nəticəsində həlak olanların sayı 80-ə çatır. Virusa 2700-ə qədər insan yoluxub.

 

Oxşar