Koronavirusun prevensiyası tədbirləri barəsində Gürcüstan hökuməti bəyanat yayır
Koronavirusun prevensiyası tədbirləri barəsində Gürcüstan hökuməti bəyanat yayır

Gürcüstan hökuməti bəyanat yayır. Bəyanat koronavirusun prevensiyası ilə bağlı olan həyata keçirilən tədbirlər barəsindədir.

“Gürcüstan hökumətinin bəyanatı Dünya Səhiyyə Təşkilatı koronavirusun pandemiyasını elan etdi.

Gürcüstan baş nazirinin rəhbərliyi ilə, hökumətin idarələrarası koordinasiya şurası ölkədə mövcud durumu və qlobal vəziyyəti nəzərə alaraq intensiv şəkildə işləyir və Dünya Səhiyyə Təşkilatı tərəfindən bir neçə gün bundan əvvəl bəyan edilən pandemiya üçün hazırlığa müvafiq olaraq, öz fəaliyyət planını həyata keçirir.

Dünya miqyası ilə mövcud olan statistikanı nəzərə alaraq, Gürcüstanda durum bu mərhələdə sabitdir. Lakin çağırış böyükdür və hər bir vətənadaş yüksək mülki məsuliyyətini öz qarşısında, eləcə də ictimaiyyət qarşısında aşkar etməlidir. Gürcüstan hökuməti 24 saatlıq iş rejiminə keçir.

Hazırda ölkədə koronavirusa yoluxmanın 24 halı qeydə alınıb. Hər bir vətəndaşa dolğun tibbi yardım göstərilir.

Gürcüstan baş nazirinin rəhbərliyi ilə, hökumətin idarələrarası koordinasiya şurası prevensiya tədbirləri çərçivəsində qərar verdi:

1.Gürcüstan miqaysı ilə təlim və tədris müəssisələrində elan edilmiş tətillər bir aprelə qədər uzadılsın.

2. Həmçinin bir ay müddəti ilə, 13 aprelə qədər məcburi hərbi yaz çağırışı təxirə salınsın.

3. Nazirliklərin və başqa dövlət idarələri əməkdaşlarının bir hissəsi müvəqqəti distansiya iş rejiminə keçir. Bu cür rekomendasiya özəl müəssisələrə də verilir. Lakin qeyd olunan idarələrin effektli fəaliyyətinə maneəçilik törətməməlidir və əməkdaşların maaşlarında əks olunmamalıdır.

4. Probasiyonerlər 14 aprel daxil olmaqla Probasiya Bürolarına getməkdən və rejim öhdəliklərinin yerinə yetirilməsindən azad olunurlar.

5. Penitensial müəssisələrində iki həftə ərzində xüsusi şətlər qüvvəyə minəcək. Bu müddət ərzində məbuslar və məhkumlar üçün ailə, uzunmüddətli və qısamüddətli görüşlər dayandırılacaq.

6. Gürcüstanda maarifləndirmə, idman və başqa növ tədbirlərin keçirilməsi qadağan edilir.

Gürcüstan hökuməti idarələrarası koordinasiya şurasının qərarı ilə, Gürcüstan sərhədinin hava və quru keçidi zamanı Gürcüstan, eləcə də xarici ölkə vətəndaşları üçün məhdudiyyətlər genişləndirilir. Çin, Cənubi Koreya, İran və İtaliyadan başqa Almaniyadan, Fransadan, İspaniyadan və Avstriyadan Gürcüstana gələn vətəndaşlar borcludurlar:

1. Koronavirus (COVID-19) üzrə yoxlama arayışını təqdim etsinlər. Arayış, gəldikləri ölkənin müvafiq laboratoriyası tərəfindən verilmiş olmalıdır.

2. “PCR” arayışın təqdim edilməməsi təqdirində, onlar müvafiq yoxlamadan və 14 günlük karantindən keçməlidirlər. Gürcüstan vətəndaşlarını xaricə səhayətdən tərəddüd etməyə doğru çağırırıq.

Hökumətin iqtisadi komandası 2020-ci il 12 martda, günün sonuna kimi iqtisadi stimullaşdırmanın konkret fəaliyyət planını işləyib hazırlayacaq”, – bəyanatda deyilir.