Koronavirusa görə Ukraynada üç həftəlik karantin elan edildi

18:24, 11.03.2020

Nazirlər kabinetinin qərarı ilə, koronavirusa görə Ukraynada üç həftəlik karantin elan edildi. Bu barədə sosial şəbəkədə deputat Viktoriya Siumar yazır.

3 aprelə qədər təhsil müəssisələri bağlanacaq, 200-dən artıq insanın iştirak etdiyi kütləvi tədbirlər qadağan olacaq, idman və mədəni tədbirlər tamaşaçısız keçəcək.

Həmçinin bir neçə ölkə ilə avia gediş-gəliş məhdudlaşdırılacaq. Ali Rada işini adi rejimdə davam etdirəcək. Karantin Ukraynada sabahdan başlayacaq.

Ukraynada bu vaxt üçün koronavirusun bir halı təsdiq olunub.

Oxşar