Koronavirus pandemiyası şəraitində uşaqlara yardım məqsədi ilə, xüsusi qaynar xətt - 111 işə düşdü
Koronavirus pandemiyası şəraitində uşaqlara yardım məqsədi ilə, xüsusi qaynar xətt – 111 işə düşdü.
Gürcüstan Parlamentinin mətbuat xidmətinin məlumatına görə, pandemiya ilə mübarizə çərçivəsində, qaynar xətt yalnız uşaqlar məsələləri üzrə işləyəcək və 24 saat ərzində uşaqlar və onların valideynlərinə problemli məsələlər üzrə konsultasiyalar göstərəcək.
111-in operatorları, qaynar xəttə daxil olan məlumatı öyrənəcəklər və lazım olduğu təqdirdə problemin həlli üçün, müvafiq idarələri qoşacaqlar.
“111 bir pəncərə prinsipi ilə işləyəcək və burada həmçinin, uşaqların psixoloji məslətinin də alınması mümkün olacaq.
Qaynar xətt, Gürcüstan Parlamentinin təşəbbüsü, Səhiyyə Nazirliyinin işi və BMT-nin Uşaq Fondunun maliyyə yardımı ilə yaradıldı”, – Parlamentin vebsəhifəsində dərc olunan məlumatda deyilir.