Koronavirus ilə bağlı yolçuların aeroportda aldığı tövsiyələr
Koronavirus ilə bağlı yolçuların aeroportda aldığı tövsiyələr

Gürcüstan Səhiyyə Nazirliyində bəyan edirlər ki, Dünya Səhiyyə Təşkilatının zəmanətlərinə müvafiq olaraq, Çindən Gürcüstana gələn yolçular yoxanılacaq.

“İlk növbədə hamıya informasiya bukleti veriləcək. Termik skriniq baş verəcək və 38 və artıq temperaturu qeyd olunan şəxsin, təyyarədən endiyi zaman onun imkanı olacaq ki, birbaşa tibb müəssissinə ünvanlandırılana qədər, yerində, elə aeroportada ilkin triajdan keçsin” – Səhiyyə nazirinin müavini, Tamar Qabuniya jurnalistlərə bəyan etdi.

Nazirlikdə bəyan edirlər ki, buklet üç – gürcü, inglis və çin dilində tərtib olunub.

Bukletdə əhatə olunan məlumat:

Uxana (Çin) gedənlər üçün

xəstə insanlarla ümsiyyətdən çəkinin;

heyvanlarla (ölmüş, diri), heyvan bazarlarıyla, fermalarla, heyvan məhsulları ilə əlaqədən çəkinin;

Əllərinizi tez-tez və ən azından 20 saniyə yuyun;

Əgər Uxana (Çin) səyahət etdinizsə və son iki həftə ərzində qarşıdakı simptomlarınız aşkar olundusa:

yüksək temperatur,

öskürək,

nəfər almanın çətinləşməsi,

o zaman:

dönmədən tibb xidmətinə müraciət edin;

həkimə səyahət və simptomlarınız barəsində danışın;

başqa insanlarla ünsiyyətdən çəkinin;

xəstəliyiniz dövrü səhayət etməyin;

asqırma və öskürmə zamanı ağız və burun nahiyyəsini dəsmal və paltarın qolu ilə örtün;

Əllərinizi tez-tez və ən azından 20 saniyə yuyun;

Simptomların mövcud olduğu təqdirdə zəng edə bilərsiniz:

15 05 (24/7 ərzində) Gürcüstan Səhiyyə Nairliyi

116 001 (bazarertəsi-cümə günü, 10:00-17:00) Xəstəliklərə Nəzarət Milli Mərkəzi”, – bukletdə qeyd olunub.