"Kommersant" - Rusiya və ABŞ Ukraynanın iştirakı olmadan Zaporojye Atom Elektrik Stansiyasının idarə olunmasını müzakirə edirlər
"Kommersant" - Rusiya və ABŞ Ukraynanın iştirakı olmadan Zaporojye Atom Elektrik Stansiyasının idarə olunmasını müzakirə edirlər

Rusiya və ABŞ Zaporojye AES-in Ukraynanın iştirakı olmadan idarə olunmasını müzakirə edirlər, – bu barədə “Kommersant” yazır. Nəşrin qeyd etdiyi kimi, Rusiya Prezidenti Vladimir Putin məsələni Rusiya biznes nümayəndələri ilə qapalı görüşdə müzakirə edib.

“Kommersant”ın məlumatına görə, Vladimir Putin ABŞ və Ukrayna ilə sülh planı üzrə danışıqlar haqqında danışıb.

Nəşrin yazdığına görə, Putin bildirib ki, amerika tərəfi Zaporojye Atom Elektrik Stansiyasında mayninqin təşkili ilə maraqlanır. Onun dediyinə görə, ABŞ-ın təşəbbüsü ilə tərəflər Ukraynaya elektrik enerjisinin tədarükü məsələsini də müzakirə edirlər.