Kolumbiyada zəlzələ nəticəsində həlak olanların sayı 52-yə yüksəlib

21:34, 10.08.2026
Residents and rescue workers search through the rubble of a collapsed building after an earthquake struck Cali, Colombia, Monday, Aug. 10, 2026. (AP Photo/Santiago Saldarriaga)

Residents and rescue workers search through the rubble of a collapsed building after an earthquake struck Cali, Colombia, Monday, Aug. 10, 2026. (AP Photo/Santiago Saldarriaga)

Kolumbiyada baş verən zəlzələ nəticəsində həlak olanların sayı 52-yə yüksəlib, axtarış-xilasetmə əməliyyatları hələ də davam edir. Dağıntılar altında insanların axtarışı hələ də davam etdiyindən, həlak olanların sayının artacağı ehtimal edilir.

Bir neçə şəhərdə məktəb və universitetlərdə tədris prosesi qeyri-müəyyən müddətə dayandırılıb. Kolumbiya Geologiya Xidmətinin bildirdiyinə görə, bugünkü zəlzələ son onillik ərzində ölkədə qeydə alınan ən güclü zəlzələdir. Qurumun məlumatına görə, 7.4 bal gücündəki zəlzələ ölkənin müxtəlif regionlarında və qonşu dövlətlərdə – Venesuela, Ekvador və Panamada hiss olunub.

ABŞ Dövlət Katibi Marko Rubio Kolumbiyadakı zəlzələyə münasibət bildirib və bəyan edib ki, ABŞ ehtiyac yaranacağı təqdirdə Kolumbiyaya yardım etməyə hazırdır.

Oxşar