Kolumbiyada güclü zəlzələ baş verib, ən azı 20 nəfər həlak olub, binalar dağılıb

19:33, 10.08.2026

Kolumbiyada güclü zəlzələ baş verib, ən azı 20 nəfər həlak olub, binalar dağılıb, – bu barədə “Sky News” yazır.

Kolumbiyada 7,4 bal gücündə zəlzələ yerli vaxtla səhər saat 07:30-da baş verib. Zəlzələnin episentri ölkənin paytaxtı Boqotadan təxminən 400 kilometr məsafədə yerləşən Kolumbiyanın San-Xose-del-Palmar şəhəri yaxınlığında qeydə alınıb. Zəlzələdən ən çox zərər çəkmiş şəhərlər arasında episentrdən şərqdə yerləşən Manisales şəhəri də var.

Kolumbiyanın Boqotadan cənub-qərbdə yerləşən Kali şəhərində bir neçə bina dağılıb. Şəhərin meri Alexandro Ederin bildirdiyinə görə, təxminən 20 bina uçub və insanlar hələ də dağıntılar altındadırlar. Mediada yayılan görüntülərdə insanların dağıntıları əlləri ilə təmizləməyə və uçmuş binanın altında qalan şəxsləri tapmağa çalışdıqları görünür. Zəlzələ səbəbindən ölkənin altı hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Kolumbiya Prezidenti təbii fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə şəxsən nəzarət edəcəyini bildirib. Onun qərarı ilə zəlzələnin episentrində, San-Xose-del-Palmarda zərər çəkmiş əhaliyə yardım göstərmək üçün vahid koordinasiya qərargahı yaradılıb.

Oxşar